Portuqaliya millisinin üzvü “Çelsi”yə qayıdacaq
15.05.2025 - 17:55

Hazırda icarə əsasında “Milan”da çıxış edən Joao Feliks yayda klubu tərk edəcək.
Apasport.az xəbər verir ki, Bu barədə “AS” nəşri məlumat yayıb.
A Seriyası təmsilçisi oyunçunun satınalma bəndini aktivləşdirməyəcək.
25 yaşlı vinger müqavilə ilə məxsus olduğu “Çelsi”yə qayıdacaq.
Xatırladaq ki, “Milan” Feliksi bu ilin fevral ayında “zadəganlar”dan 5,5 milyon avro qarşılığında icarəyə götürmüşdü.
Portuqaliya millisinin üzvü rossonyerilərin heyətində meydana çıxdığı 19 rəsmi oyunda 1 qol, 1 assistlə yadda qalıb.
0
0