Premyer Liqa klubu 111 il sonra seriyasını təkrarladı
22.12.2025 - 13:26
Premyer Liqa klubu 111 il sonra seriyasını təkrarladı

“Aston Villa” İngiltərə Premyer Liqasının XVII turunda “Mançester Yunayted”i məğlub edib – 2:1.

Apasport.az xəbər verir ki, bu, Unay Emerinin komandasının ardıcıl 10-cu qələbəsidir. Birmingem klubu Avropa Liqasında 3, Premyer Liqada 7 qalibiyyət əldə edib.

“Aston Villa” sonuncu dəfə 111 il əvvəl – 1914-cü ildə ardıcıl 10 qələbə qazanıb.

Komanda Premyer Liqada 17 turdan sonra 36 xalla üçüncü sıradadır.