Premyer Liqa klubu portuqaliyalı mütəxəssislə yollarını ayırıb
09.09.2025 - 09:17
Premyer Liqa klubu portuqaliyalı mütəxəssislə yollarını ayırıb

“Nottingem Forest”də ayrılıq yaşanıb.

Apasport.az xəbər verir ki, komandanın baş məşqçisi Nunu Eşpiritu Santu klubdan ayrılıb.

Bu barədə Premyer Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

51 yaşlı portuqaliyalı mütəxəssisin müqaviləsinə qarşılıqlı razılaşma əsasında xitam verilib.

Qeyd edək ki, “Nottingem Forest” iyun ayında Nunu Eşpiritu Santunun müqaviləsini 2028-ci ilə qədər uzatmışdı.