Premyer Liqa klubunda yeni müqavilə
07.09.2025 - 16:36

“Bornmut” futbolçusu Markus Tavernyer ilə müqaviləni uzadıb.
Apasport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
26 yaşlı yarımmüdafiəçi ilə 4 illik yeni sözləşmə imzalanıb.
Qeyd edək ki, Tavernyer 2022-ci ildən “Bornmut”da çıxış edir. O, Premyer Liqa təmsilçisinin heyətində çıxış etdiyi 93 rəsmi matçda 13 qol və 14 məhsuldar ötürmə ilə yadda qalıb.
0
0