Premyer Liqa klubundan 64 milyonluq transfer - RƏSMİ
12.07.2025 - 10:13
İngiltərə Premyer Liqası təmsilçisi "Nyukasl Yunayted" heyətini yeni futbolçu ilə gücləndirib.
Apasport.az xəbər verir ki, komanda "Nottingem Forest"in üzvü Antoni Elanqanı transfer edib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Tərəflər arasında əldə olunan razılaşmaya əsasən, "Nyukasl" 23 yaşlı vinger üçün qarşı tərəfə 61,4 milyon avro ödəyəcək.
Qeyd edək ki, "Nottingem Forest" İsveç millisinin üzvünü 2023-cü ildə "Mançester Yunayted"dən 16 milyon avro qarşılığında transfer etmişdi.
- “Fənərbaxça”dan “Qalatasaray”a sərt ittihamlar – Derbidə qalmaqal
- Mbappenin zarafatı baha başa gəldi – Sponsorlarını itirdi, La Liqa yayımları dayandırıldı
- “Fənərbaxça”nın dördüncü forması bəlli oldu – FOTO
- “Qalatasaray”da derbi qələbəsinə görə 2,5 milyon avroluq mükafat
- Okan Buruk: “Fənər”ə qarşı planlarımız həmişə işə yarayıb”
0
0