Premyer Liqa klubunun prezidenti istefa verib
05.09.2025 - 09:17
Premyer Liqa klubunun prezidenti istefa verib

İngiltərə Premyer Liqası təmsilçisi “Tottenhem"də ayrılıq yaşanıb.

Apasport.az xəbər verir ki, komandanın prezidenti Deniel Levi vəzifəsindən istefa edib.

bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, 63 yaşlı funksioner 2001-ci ildən bəri London təmsilçisinə rəhbərlik edirdi.