Premyer Liqada ayın ən yaxşısı müəyyənləşib
13.02.2026 - 16:05
Premyer Liqada ayın ən yaxşısı müəyyənləşib

İngiltərə Premyer Liqasında yanvar ayının ən yaxşı oyunçusu müəyyənləşib.

Apasport.az xəbər verir ki, bu ada “Brentford”un hücumçusu İqor Tiaqo layiq görülüb.

Bu barədə turnirin mətbuat xidməti məlumat yayıb.

Braziliyalı forvard mütəxəssislərin və azarkeşlərin səsləri əsasında qalib seçilib.

Qeyd edək ki, 24 yaşlı futbolçu yanvar ayında İngiltərə çempionatında keçirdiyi 5 oyunda 5 qol vuraraq yadda qalıb.