Premyer Liqada həftənin oyunçusu bəlli olub
03.09.2025 - 16:18

İngiltərə Premyer Liqasında III turun ən yaxşı oyunçusu bəlli olub.
Apasport.az xəbər verir ki, bu ada “Liverpul”un yarımmüdafiəçisi Dominik Soboslai layiq görülüb.
Macarıstanlı futbolçu “Arsenal”la keçirilən görüşdə komandasına qələbə qazandıran yeganə qolun müəllifi olub. Məhz bu göstəricisi sayəsində o, turun ən yaxşısı seçilib.
0
0