Premyer Liqanı Bundesliqaya dəyişə bilər
27.05.2025 - 01:28

Almaniya Bundesliqası komandalarından "Bavariya" yayda heyətini gücləndirməyi planlaşdırır.
Apasport.az xəbər verir ki, klub "Liverpul"da çıxış edən Kodi Qakpo ilə yaxından maraqlanır.
Bu barədə "SkySports" nəşri məlumat yayıb.
Mənbənin məlumatına görə, mersisaydlılar uyğun təklif gələcəyi təqdirdə niderlandlı futbolçunu satmağa hazırdır.
Xatırladaq ki, 26 yaşlı vinger "Liverpul"a 2023-cü ildə PSV-dən 42 milyon avroya transfer olunmuşdu.
Niderland millisinin üzvü bu mövsüm Premyer Liqa təmsilçisinin heyətində meydana çıxdığı 49 rəsmi matçda 18 qol, 7 assistlə yadda qalıb.
0
0