PSJ-də ciddi itki
29.04.2026 - 19:35
PSJ-də ciddi itki

PSJ-nin heyətində ciddi itki baş verib.

Apasport.az xəbər verir ki, Əşrəf Hakimi sıradan çıxıb.

Müdafiəçi Çempionlar Liqasının yarımfinal mərhələsinin "Bavariya" ilə matçında (5:4) zədələnib.

Onun sağ ayaq əzələsində zədə aşkarlanıb. 27 yaşlı sağ cinah müdafiəçisi cavab görüşündə iştirak etməyəcək.

Qeyd edək ki, "Bavariya" ilə PSJ arasındakı cavab oyunu mayın 6-da, saat 23:00-da start götürəcək.