PSJ-yə kuboku qazandırdı - ƏLİ SINDI
19.12.2025 - 19:54
PSJ-nin futbolçuları Li Kanq İn, Matvey Safonov və Bresli Barkola sıradan çıxıblar.
Apasport.az xəbər verir ki, cənubi koreyalı hücumçu “Flamenqo” ilə matçda sol budundan zədə alıb və bir neçə həftə meydanlardan uzaq qalacaq.
Klub həkimləri Matvey Safonovun Qitələrarası Kubok finalından sonra sol əlində sınıq aşkar etdiyini bildiriblər. 26 yaşlı qapıçı 3–4 həftə bərpa prosesindən keçəcək.
Bresli Barkolaya isə əzələ yorğunluğu səbəbindən istirahət verilib.
Qeyd edək ki, PSJ “Flamenqo”nu məğlub edərək FIFA Qitələrarası Kubokunun qalibi olub (əsas vaxt 1:1, penalti seriyasında 2:1).
0
0