PSV-nin futbolçusu “Bayer”də
12.07.2025 - 13:23
Yeni mövsüm üçün hazırlıqlarını davam etdirən “Bayer” növbəti transferini reallaşdırıb.
Apasport.az xəbər verir ki, Bundesliqa təmsilçisi PSV klubundan Malik Tillmanı heyətinə qatıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
23 yaşlı yarımmüdafiəçi ilə 5 illik müqavilə imzalanıb. Razılaşmaya əsasən, “Bayer” bu transfer üçün qarşı tərəfə 35 milyon avro ödəyəcək.

Qeyd edək ki, ABŞ millisinin üzvü olan Tillman ötən mövsüm çıxış etdiyi 34 oyunda 16 qol vurub və 5 məhsuldar ötürmə verib.
- “Barselona” Premyer Liqadan transferə hazırlaşır
- “Fənərbaxça”dan “Qalatasaray”a sərt ittihamlar – Derbidə qalmaqal
- Mbappenin zarafatı baha başa gəldi – Sponsorlarını itirdi, La Liqa yayımları dayandırıldı
- “Fənərbaxça”nın dördüncü forması bəlli oldu – FOTO
- “Qalatasaray”da derbi qələbəsinə görə 2,5 milyon avroluq mükafat
0
0