“Qalatasaray” avstriyalı futbolçu ilə yollarını ayırıb
05.02.2026 - 01:05
“Qalatasaray”da ayrılıq yaşanıb.
Apasport.az xəbər verir ki, Yusuf Demir komandanı tərk edib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
22 yaşlı avstriyalı vingerlə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Qeyd edək ki, “Qalatasaray” Yusuf Demiri 2022-ci ilin yayında Vyana təmsilçisindən transfer etmişdi.
0
0