“Qalatasaray” Gündoğan transferini bitirmək üzrədir
01.09.2025 - 20:20
“Qalatasaray” Gündoğan transferini bitirmək üzrədir

“Qalatasaray” heyətini daha bir ulduz futbolçu ilə gücləndirmək niyyətindədir.

Apasport.az xəbər verir ki, “sarı-qırmızılılar” İlkay Gündoğanı rənglərinə bağlamağı planlaşdırır.

Klub ona illik 5 milyon avro maaş təklif edib.

“Mançester Siti” futbolçu ilə klubun anlaşdığı halda, oyunçunu buraxmağa hazırdır.  Bildirilir ki, “Cimbom” transferi bitirməyə çox yaxındır.

Qeyd edək ki, Gündoğan ötən mövsüm “Barselona”dan “Siti”yə qayıdıb.