“Qalatasaray” uzun müddətdir danışıqlar apardığı Viktor Osimhenin transferində xoşbəxt sonluğa yaxınlaşıb.
Apasport.az xəbər verir ki, “sarı-qırmızılılar”ın “Napoli” ilə yaşadığı problemləri həll etməsindən sonra nigeriyalı hücumçunun Türkiyəyə gəliş tarixi də müəyyənləşib.
Əldə olunan məlumata görə, tərəflər arasında imza prosesi yekunlaşarsa, transfer bu gün və ya sabah rəsmi şəkildə açıqlanacaq.
İddialara əsasən, İstanbul təmsilçisi Osimhen üçün “Napoli”yə ilkin olaraq 40 milyon avro, 2026-cı ilə qədər isə iki hissədə əlavə 35 milyon avro ödəyəcək. “Qalatasaray” 27 yaşlı futbolçu ilə 4 illik müqavilə imzalamağı planlaşdırır.
Qeyd edək ki, klublar arasında razılaşmaya əsasən, Osimhen növbəti iki il ərzində A Seriyasının heç bir klubuna transfer oluna bilməyəcək.
- Lidholmun ideal "11-liyi" - Barezi, Barezi, Barezi...
- "Real Madrid" Mastantuono ilə bağlı qərar verdi - Argentinalı göndəriləcək
- 64 komandalı dünya çempionatı: FİFA işlərə start verdi
- "Arsenal"dan 90 milyon avroluq transfer - "Nyukasl"ın ulduzu yoldadır
- İnfantinonun müşaviri istefa verdi - Dünya çempionatının satılmasına etiraz etdi