"Qalatasaray" Osimhenin zədəsi ilə bağlı açıqlama yayıb
09.09.2025 - 13:32
"Qalatasaray" Osimhenin zədəsi ilə bağlı açıqlama yayıb

“Qalatasaray"ın zədəli futbolçusu Viktor Osimhenin durumuna aydınlıq gəlib.

Apasport.az xəbər verir ki, 26 yaşlı oyunçunun topuq bağlarında orta dərəcəli dartılma (gərilmə və qanama) aşkarlanıb.

Bu barədə İstanbul klubunun mətbuat xidməti məlumat yayıb.

Xatırladaq ki, Nigeriya millisinin üzvü DÇ-2026-nın seçmə mərhələsinin Ruanda ilə görüşündə sıradan çıxmışdı.