“Qalatasaray” “Roma”nın qolkiperi ilə maraqlanır
06.07.2025 - 15:52

Fernando Musleranın gedişindən sonra yeni qapıçı axtarışında olan "Qalatasaray" istədiyi oyunçunu İtaliyada tapıb.
Apasport.az xəbər verir ki, Türkiyə çempionu "Roma"nın qapısını qoruyan serbiyalı Mile Svilar ilə maraqlanır.
İddialara görə, "sarı-qırmızılılar" 25 yaşlı futbolçuya illik 6 milyon avro məbləğində maaş təklif edib.
Amma "Roma"nın da klubla 2027-ci ilə kimi müqaviləsi olan və 2024/25 mövsümündə A Seriyasının ən yaxşı qapıçısı seçilən Sviları heyətində saxlamaq niyyətində olduğu bildirilir.
Qeyd edək ki, Svilar 2022-ci ildən "qurdlar"ın şərəfini qoruyur.
0
0