“Qalatasaray” “Liverpul”un hücumçusu Məhəmməd Salahla maraqlanır və transferini düşünür.
Apasport.az xarici KİV-ə istinadən xəbər verir ki, Türkiyə klubu qış transfer pəncərəsində misirli futbolçunu heyətinə qatmağa çalışacaq.
Bu arada, “Liverpul”un Salahla gələn mövsümün sonuna qədər müqaviləsi olmasına baxmayaraq, onu satmağı düşünür. İngiltərə klubunun forvardın maksimum qiymətini təmin etmək üçün təklifləri dinləməyə hazır olduğu bildirilir.
Salahın özü isə Çempionlar Liqasında “Qalatasaray”la matçdakı ab-havaya heyran olub və hətta İlkay Gündoğandan Türkiyə klubunun hər ev oyununda tribunadakı enerjinin həqiqətən belə olub-olmadığını soruşub.
33 yaşlı futbolçu bu mövsüm bütün turnirlərdə 9 matçda 3 qol vurub və 3 məhsuldar ötürmə edib.
”Liverpul” “Qarabağ”ın UEFA Çempionlar Liqasındakı rəqiblərindən biridir.
- "Beşiktaş"ın Nunyez planı gözləyir
- Messi bu il də MLS Ulduzlar oyununu buraxacaq – Cəza tətbiq olunmayacaq
- "Real" Diomande ilə razılığa gəldi – PSJ mübarizədən çəkilmir
- "Fənərbaxça"dan transfer iddialarına cavab – Klub iki xəbəri təkzib etdi
- Mourinyonun "toxunulmaz" oyunçuları – Arda Gülər də siyahıda