“Qalatasaray” Sane ilə anlaşıb
11.06.2025 - 12:16
“Qalatasaray” “Bayern”in vingeri Leroy Sane ilə anlaşıb.
Apasport.az xarici KİV-ə istinadən xəbər verir ki, artıq almaniyalı oyunçu ilə bütün şərtlər razılaşdırılıb və yaxın günlərdə transferin rəsmi şəkildə elan olunması gözlənilir.
Sanenin “Bayern”lə müqavilə müddəti bu ayın sonunda başa çatacaq. Onun transfer dəyəri 32 milyon avro qiymətləndirilsə də, “Qalatasaray” onu azad agent kimi heyətinə qatacaq.
Sane 2024/25 mövsümündə klub səviyyəsində 45 matçda iştirak edib, 13 qol vurub və 6 məhsuldar ötürmə ilə yadda qalıb.
- Sergen Yalçınla futbolçular arasında problem var? – TFF-dən ikinci açıqlama
- "Fənərbaxça"dan Messiyə fantastik təklif – İllik 50 milyon avro!
- İkardi “İnter”ə qayıtmaq istəyir – “Bu hekayə bitməyib”
- Derbinin cəzaları açıqlandı – “Qalatasaray” və “Fənərbaxça”ya ağır zərbə
- Cek Qriliş məşqə gəlmədi – "Everton"dan sərt cəza
0
0