“Qalatasaray” “Tottenhem”in forvardı ilə maraqlanır
24.06.2025 - 19:58
“Tottenhem”in braziliyalı hücumçusu Riçarlisonun karyerasını Türkiyə Super Liqasında davam etdirmək ehtimalı var.
Apasport.az “Teamtalk”-a istinadən xəbər verir ki, 28 yaşlı forvardla “Qalatasaray” maraqlanır.
“Transfermarkt” portalı Riçarlisonun bazar dəyərini 20 milyon avro qiymətləndirir. Onun “Tottenhem”lə müqaviləsinin müddəti 2027-ci ilin iyununa qədərdir.
Riçarlison son İngiltərə Premyer Liqası mövsümündə London klubunun heyətində 15 matçda meydana çıxıb, 4 qol vurub və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
- “Bavariya”nın baş məşqçisi xəstəxanadan buraxıldı – Qayıdacağı tarix bəlli oldu
- Sergen Yalçının zənglərinə cavab verməyən futbolçular – TFF-dən açıqlama
- Yaponiya Futbol Assosiasiyasının vitse-prezidenti istefa verdi
- “Qalatasaray” Braziliya millisinin üzvünü transfer etmək istəyir
- “Barselona” Ferminin qiymətini müəyyənləşdirdi
0
0