“Qalatasaray”da ayrılıq siqnalı – Şalai "gözdən çıxarıldı"
05.06.2026 - 10:25
“Qalatasaray”da ayrılıq siqnalı – Şalai "gözdən çıxarıldı"

“Qalatasaray”da ayrılıq yaşana bilər.

Apasport.az xəbər verir ki, İstanbul klubu Roland Şalai üçün gələcək təklifləri dəyərləndirməyə hazırdır.

2024-cü ilin sentyabrında “Frayburq”dan “Qalatasaray”a keçən macar futbolçunun komandada "gözdən çıxarıldığı" bildirilir.

"Sabah"ın məlumatına görə, Türkiyə nəhəngi uyğun təklif olacağı halda 29 yaşlı oyunçunun satışına razılıq verə bilər.

Şalainin “Qalatasaray”la müqaviləsi 2028-ci ilin yayına qədərdir.

Qeyd edək ki, Roland Şalai 2025/2026 mövsümündə Superliqada 30 matçda meydana çıxıb, 1 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.