“Qalatasaray”da ayrılıq yaşana bilər
20.03.2026 - 11:42
“Qalatasaray”da ayrılıq yaşana bilər

“Qalatasaray” Ahmed Kutucu ilə bağlı qərarını verib.

Apasport.az xəbər verir ki, İstanbul təmsilçisi türkiyəli yarımmüdafiəçini komandada saxlamağı planlaşdırmır.

Bu barədə yerli mətbuat məlumat yayıb.

İddialara görə, “Anderlext” 26 yaşlı oyunçunu növbəti mövsüm üçün icarəyə götürmək məqsədilə hazırda “sarı-qırmızılılar”la danışıqlar aparır.

Qeyd edək ki, Ahmed Kutucunun “Qalatasaray”la müqaviləsinin müddəti 30 iyun 2028-ci ilə qədərdir.