“Qalatasaray”dan ayrıldı - Sabiq klubuna geri qayıdır
03.02.2026 - 23:51
“Qalatasaray”dan ayrıldı - Sabiq klubuna geri qayıdır

“Qalatasaray”da ayrılıq yaşanıb.

Apasport.az xəbər verir ki, Yusuf Demir komandanı tərk edib.

Bu barədə insayder Yağız Sabuncuoğlu məlumat yayıb.

Onun sözlərinə görə, avstriyalı vingerlə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

22 yaşlı futbolçunun yeni klubu da artıq bəllidir. O, sabiq komandası olan “Rapid”ə qayıdacaq.

Qeyd edək ki, “Qalatasaray” Yusuf Demiri 2022-ci ilin yayında Vyana təmsilçisindən transfer etmişdi.