“Qalatasaray”dan Yakobs qərarı – Müqavilə uzadılır
06.06.2026 - 11:24
“Qalatasaray” İsmail Yakobsla bağlı qərarını verib.
Apasport.az xəbər verir ki, İstanbul klubu seneqallı müdafiəçinin müqaviləsindəki +1 illik uzatma bəndindən istifadə edəcək.
“Sarı-qırmızılar” 26 yaşlı futbolçunun sözləşməsini daha bir mövsüm uzatmaq niyyətindədir.
Yakobsun komandadakı çıxışından razı qalan “Qalatasaray” rəhbərliyi onunla yola davam etməyi planlaşdırır.
Qeyd edək ki, İsmail Yakobs 2024-cü ilin yayında “Monako”dan “Qalatasaray”a keçib. O, bu mövsüm Superliqada 25 matçda meydana çıxıb, 2 məhsuldar ötürmə edib.
- Edin Ceko Bosniya millisi ilə vidalaşır – Sarayevoda nəhəng “11” forması - FOTO
- MHK sədri Ferhat Gündoğdu və 6 şübhəli məhkəməyə göndərildi
- Ferhat Gündoğdu hakimi hədələyib: "Ya adam ol, ya da çıx get"
- Türkiyə futbolunda skandal davam edir: YASİN KOL SAXLANILDI
- Messi İspaniyada daha bir klub aldı – “Eldense”nin sahibi oldu
0
0