"Qalatasaray"ın futbolçuları Super Liqa klubunun hədəfində
17.12.2025 - 17:17
"Qalatasaray"ın futbolçuları Super Liqa klubunun hədəfində

"Qalatasaray"ın futbolçuları Berkan Kutlu və Ahmed Kutucu qış transfer pəncərəsi zamanı komandada ayrıla bilərlər.

Apasport.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

"Konyaspor" hər iki oyunçunun xidmətində maraqlıdır. Baş məşqçi Çağdaş Atan Kutlu ilə Kutucunu komandasında görmək istəyir. "Ağ-yaşıllar" İstanbul təmsilçisində heyətə düşə bilməyən yarımmüdafiəçiləri yanvar ayında heyətinə qatmağa çalışacaq.

Qeyd edək ki, Ahmed Kutucu bu mövsüm "Qalatasaray"ın heyətində keçirdiyi 6 oyunda 1 qol ötürməsi edib. Berkan Kutlu isə 9 matçda 1 assistlə yadda qalıb.