“Qalatasaray”ın futbolçusu oyuna çıxmamış zədələndi
18.11.2026 - 06:30
“Qalatasaray”ın futbolçusu oyuna çıxmamış zədələndi

Türkiyənin “Qalatasaray” klubunun futbolçusu Roland Sallai Macarıstan millisinin düşərgəsində zədələnib.

Apasport.az xəbər verir ki, 29 yaşlı futbolçu UEFA Millətlər Liqasında Şimali İrlandiyaya qarşı keçiriləcək oyun öncəsi isinmə hərəkətləri zamanı ağrı hiss edib.

Bu barədə Macarıstan Futbol Federasiyası məlumat yayıb.

Bildirilib ki, Sallai budun arxa əzələsində yaranan ağrılar səbəbindən qarşılaşmanın iştirak ərizəsindən çıxarılıb.

Futbolçunun zədəsinin nə dərəcədə ciddi olduğu və nə vaxt meydana qayıdacağı hələlik məlum deyil.

Qeyd edək ki, Macarıstan – Şimali İrlandiya qarşılaşması 1:1 hesablı heç-heçə ilə başa çatıb.