“Qalatasaray”ın şikayəti təmin edilməyib
26.11.2025 - 21:20
“Qalatasaray”ın şikayəti təmin edilməyib

Türkiyə Futbol Federasiyasının (TFF) Arbitraj Məhkəməsi “Qalatasaray”ın futbolçusu Eren Elmalının cəzası ilə bağlı yekun qərarını açıqlayıb.

Apasport.az xəbər verir ki, mərc oyunlarında iştiraka görə 45 günlük cəza alan futbolçunun etirazı təmin edilməyib və qərar qüvvədə saxlanılıb.

Bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.

Bu səbəbdən Eren Elmalı Super Liqada dekabrın 1-də keçiriləcək “Fənərbaxça” ilə derbidə komandasına kömək edə bilməyəcək.