"Qalatasaray"la oyunda zədələndi - "Çelsi" matçında olmayacaq
01.10.2025 - 13:21
"Qalatasaray"la oyunda zədələndi - "Çelsi" matçında olmayacaq

"Liverpul" ciddi itki ilə üzləşib.

Apasport.az xəbər verir ki, Mersisayd təmsilçisinin qolkiperi Alisson Beker zədələnib.

Bu barədə komandanın baş məşqçisi Arne Slot məlumat yayıb.

O, braziliyalı qapıçının İngiltərə Premyer Liqasının VII turu çərçivəsində “Çelsi” ilə keçiriləcək oyunda komandaya kömək edə bilməyəcəyini bildirib.

Qeyd edək ki, Alisson ötən gün UEFA Çempionlar Liqasının əsas mərhələsində “Qalatasaray”la keçirilən görüşdə (1:0) zədələnərək meydanı tərk etmişdi.