“Qarabağ”ın rəqibi sabiq futbolçusunu geri qaytarıb
03.09.2025 - 10:17

“Qarabağ”ın Çempionlar Liqasındakı rəqiblərindən “Ayaks” sabiq futbolçusunu geri qaytarıb.
Apasport.az xəbər verir ki, Niderland təmsilçisi “Anderlext”dən Kasper Dolberi transfer edib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
27 yaşlı hücumçu ilə 4 illik müqavilə imzalanıb. “Ayaks” bu keçid üçün qarşı tərəfə 10 milyon avro ödəyib.
Qeyd edək ki, “Qarabağ” Çempionlar Liqasının liqa mərhələsinin VI turunda dekabrın 25-də Bakıda “Ayaks”la qarşılaşacaq.
0
0