"Qarabağ"ın rəqibindən qələbə - VİDEO
05.02.2024 - 09:56
Portuqaliya çempionatının 20-ci turunda "Qarabağ"ın Avropa Liqasındakı rəqibi "Braqa" evdə "Moreyrense" ilə qarşılaşıb.
Apasport.az xəbər verir ki, ev sahibi komanda minimal hesabla qonaqları məğlub edib. Qarşılaşmanın tək qolunu 8-ci dəqiqədə Abel Ruiz vurub.
Bu göstərici ilə xal ehtiyatını 40-a çatdıran "Braqa" 4-cü pillədə möhkəmlənib.
Xatırladaq ki, “Qarabağ”ın video-analitik məşqçisi Yanuş Vasilyev qarşılaşmanı tribunadan izləyib.
Qeyd edək ki, Ağdam klubu fevralın 15-də səfərdə, 22-də isə evdə "Braqa" ilə qarşılaşacaq.
- Mourinyodan Rafa Silva açıqlaması: “Tanımadığım birindən niyə xoşum gəlməsin?”
- “Neftçi”dən azarkeşlərə jest: bir bilet - 2 oyuna giriş
- "Arsenal" 15 yaşlı futbolçu ilə anlaşıb
- Kerem Aktürkoğluna Harri Potter şoku: Warner Bros. futbolçunu məhkəməyə verdi
- “Arsenal”da ciddi itki: 1 ay forma geyinə bilməyəcək
0
0