"Qarabağ"ın rəqibinin hücumçusu zədəsini sağaldıb
15.11.2025 - 17:17
"Qarabağ"ın rəqibinin hücumçusu zədəsini sağaldıb

“Liverpul”un hücumçusu Aleksander İsak zədəsini tam sağaldıb.

Apasport.az “Indykaila News”a istinadən xəbər verir ki, isveçli futbolçu fiziki testləri uğurla keçib və 90 dəqiqə oynamağa hazırdır.

26 yaşlı forvard cari mövsümdə bütün turnirlər nəzərə alınmaqla 8 oyuna çıxıb, 1 qol vurub və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

“Liverpul” Premyer Liqanın növbəti turunda, noyabrın 22-də “Nottingem Forest”i qəbul edəcək. Komanda “Qarabağ”ın UEFA Çempionlar Liqasındakı rəqiblərindən biridir.