Qnabri daha 2 il “Bavariya”da - RƏSMİ
05.02.2026 - 19:23
Qnabri daha 2 il “Bavariya”da - RƏSMİ

“Bavariya” futbolçusu Serj Qnabri ilə bağlı qərarını verib.

Apasport.az xəbər verir ki, almaniyalı vingerin müqaviləsinin müddəti uzadılıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Razılaşmaya əsasən, 30 yaşlı oyunçu 2028-ci ilin yayına qədər Bavariya təmsilçisinin şərəfini qoruyacaq.

Qeyd edək ki, Almaniya millisinin üzvü olan Qnabri 2017-ci ildən “Bavariya”da çıxış edir.