Qoretska Bundesliqada klubunu dəyişə bilər
19.02.2026 - 15:10
Mövsümün sonunda "Bavariya" ilə müqaviləsi başa çatan Leon Qoretska Bundesliqada klubunu dəyişə bilər.
Apasport.az xəbər verir ki, "Bayer" yayda azad agent statusunda olacaq 31 yaşlı yarımmüdafiəçini heyətinə qatmağı planlaşdırır.
Bu barədə "Bild" nəşri məlumat yayıb.
Mənbənin iddiasına görə, Leverkuzen təmsilçisi artıq almaniyalı futbolçunun nümayəndələri ilə danışıqlara start verib.
Qeyd edək ki, Leon Qoretska bu mövsüm "Bavariya"nın heyətində meydana çıxdığı 30 rəsmi matçda 2 qol vurub.
0
0