Qrossonu əvəzlədi: "Sassuolo"da Akvilani dövrü
07.06.2026 - 10:31
"Sassuolo"nun yeni baş məşqçisi müəyyənləşib.
Apasport.az xəbər verir ki, A Seriyası təmsilçisini Alberto Akvilani çalışdıracaq.
Bu barədə insayder Fabrizio Romano məlumat yayıb.
Tərəflər arasında bütün razılıq əldə olunub.
41 yaşlı mütəxəssisin 2028-ci ilin iyununa qədər nəzərdə tutulan müqaviləyə imza atacağı bildirilib.
Akvilani bu vəzifədə Fabio Qrossonu əvəzləyəcək.
Qeyd edək ki, Alberto Akvilani son olaraq "Katantsaro"nu çalışdırıb.
Onun rəhbərliyi altında komanda 2025/26 mövsümündə 38 oyunda 11 qələbə, 20 heç-heçə və 7 məğlubiyyətlə Seriya B-ni 53 xalla 6-cı pillədə başa vurub.
- Edin Ceko Bosniya millisi ilə vidalaşır – Sarayevoda nəhəng “11” forması - FOTO
- MHK sədri Ferhat Gündoğdu və 6 şübhəli məhkəməyə göndərildi
- Ferhat Gündoğdu hakimi hədələyib: "Ya adam ol, ya da çıx get"
- Türkiyə futbolunda skandal davam edir: YASİN KOL SAXLANILDI
- Messi İspaniyada daha bir klub aldı – “Eldense”nin sahibi oldu
0
0