Qrupda qaldılar: Cənubi Koreyanın baş məşqçisi istefa verdi
28.06.2026 - 21:02
Qrupda qaldılar: Cənubi Koreyanın baş məşqçisi istefa verdi

Cənubi Koreya millisinin baş məşqçisi Hon Myunq Bo vəzifəsindən ayrılıb.

Apasport.az xəbər verir ki, təcrübəli mütəxəssis yığmanın DÇ-2026-da qrup mərhələsində mübarizəni dayandırmasından sonra istefa qərarı verib.

Hon Myunq Bo Cənubi Koreya millisini ümumilikdə 45 oyunda çalışdırıb. Onun rəhbərliyi altında komanda 20 qələbə qazanıb, 9 heç-heçə edib və 16 dəfə məğlub olub.

Qeyd edək ki, Cənubi Koreya DÇ-2026-da A qrupunu 6 xalla 3-cü pillədə başa vursa da, ən yaxşı üçüncülər sırasında yer ala bilməyərək 1/16 finala vəsiqə qazana bilməyib.