Quiza qocalmaq bilmir: 45 yaşda yeni müqavilə
06.06.2026 - 18:46
İspaniya millisinin sabiq futbolçusu Dani Quizanın yeni klubu bəlli olub.
Apasport.az xəbər verir ki, hücumçu karyerasını VII Liqada davam etdirəcək.
45 yaşlı oyunçu "Trebuxena" ilə anlaşıb.
Bu barədə klubun mətbuaat xidməti məlumat yayıb. Təcrübəli forvardla bir illik müqavilə imzalanıb.
Qeyd edək ki, Quiza karyerası ərzində "Malyorka", "Xetafe", "Fənərbaxça", "Kadis" kimi klubların formasını geyinib. O, İspaniya yığmasının heyətində meydana çıxdığı 21 rəsmi matçda 6 qol vurub.
- Edin Ceko Bosniya millisi ilə vidalaşır – Sarayevoda nəhəng “11” forması - FOTO
- MHK sədri Ferhat Gündoğdu və 6 şübhəli məhkəməyə göndərildi
- Ferhat Gündoğdu hakimi hədələyib: "Ya adam ol, ya da çıx get"
- Türkiyə futbolunda skandal davam edir: YASİN KOL SAXLANILDI
- Messi İspaniyada daha bir klub aldı – “Eldense”nin sahibi oldu
0
0