Rafa Silva pensiyaya çıxır? - "Beşiktaş"dan açıqlama
13.11.2025 - 22:27
“Beşiktaş”ın futbolçusu Rafa Silvanın gələcəyi yaxın günlərdə müəyyənləşəcək.
Apasport.az xəbər verir ki, klubun prezidenti Serdal Adalı və baş məşqçi Sergen Yalçının iştirakı ilə şənbə günü oyunçu ilə görüş keçiriləcək.
Bu barədə İstanbul klubunun mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, həmin vaxta qədər futbolçuya ailəsi və meneceri ilə bu məsələ barədə məsləhətləşmək üçün icazə verilib.
Qeyd edək ki, son günlər Türkiyə mətbuatında Rafa Silvanın psixoloji problemlərinin olduğu və karyerasını bitirəcəyi bildirilir.
- "Arsenal" yeni mövsüm səfər formalarını təqdim etdi - FOTO
- Rafael Leao "Fənərbaxça" yolunda – Maaş və bonuslar açıqlandı
- Depaya Türkiyədən sürpriz təklif – Cavab gözlənilir
- İngiltərə millisinin düşərgəsində dava: Futbolçular bir-birinə girdi - VİDEO
- Avropa Liqası: "Beşiktaş" qələbə ilə başladı - YENİLƏNİB
0
0