“Milan”ın hücumçusu Rafael Leao baş məşqçi Massimiliano Alleqrinin onun üzərində işləmə üsulundan danışıb.
Apasport.az xəbər verir ki, portuqaliyalı futbolçu Alleqrinin onun bacarıqlarını yaxşı bildiyini vurğulayıb:
“Məndən çox şey tələb etmir, sadəcə "sərbəst oyna" deyir. Ən önəmlisi isə konsentrasiya və düzgün düşüncə tərzidir. O, mənim nəyə qadir olduğumu bilir. Mən təkbətək vəziyyətləri sevirəm, bir, iki, üç müdafiəçini driblinqlə keçə bilirəm. Amma futbol dəyişib, indi statistika vacibdir. Ən önəmlisi qol vurmaqdır. Alleqri məni hədəfə yaxınlaşdırmaqla düşüncəmi dəyişdi”.
Qeyd edək ki, Leao 2019-cu ildən "Milan"da çıxış edir. 26 yaşlı hücumçu A Seriyası təmsilçisinin heyətində indiyədək 268 matça çıxıb, 75 qol vurub və 63 məhsuldar ötürmə ilə yadda qalıb.