“Real” “Çelsi”nin futbolçusu Enzo Fernandeslə bağlı qərarını verib.
Apasport.az xəbər verir ki, bu barədə “AS” məlumat yayıb.
Madrid təmsilçisi argentinalı yarımmüdafiəçini heyətinə qatmaq üçün yaxın günlərdə “Çelsi” ilə danışıqlara başlamağı planlaşdırır.
25 yaşlı futbolçunun da “Real”a keçməyə müsbət yanaşdığı bildirilir. Enzo transferin baş tutması üçün əlindən gələni etməyə hazır olduğunu Madrid klubuna çatdırıb.
“Real”ın baş məşqçisi Joze Mourinyo argentinalı futbolçunu qurmaq istədiyi komanda üçün ideal yarımmüdafiəçi hesab edir.
Qeyd edək ki, “Çelsi”nin Enzo Fernandes üçün 120 milyon funt tələb edə biləcəyi iddia olunur. Argentinalı futbolçu 2023-cü ilin yanvarında “Benfika”dan London klubuna keçib.
- Türkiyə futbolunda qalmaqal böyüyür – TFF-dən MHK açıqlaması
- "Sabah" "Qarabağ"ı "Dalğa Arena"da qəbul edəcək
- Braziliyadan Avstraliyaya 4 qol – Ançelottinin komandasından geridönüş
- Avropa nəhəngləri “Porto”nun müdafiəçisi uğrunda mübarizəyə qoşuldu – 65 milyon avro
- Türkiyə futbolunda şok dalğası – MHK sədri Ferhat Gündoğdu saxlanıldı