“Real” II Liqa klubuna məğlub oldu - KUBOKDA MÜBARİZƏNİ DAYANDIRDI
15.01.2026 - 03:02
İspaniya Kral Kubokunda 1/8 final mərhələsinin oyunları davam edir.
Apasport.az xəbər verir ki, “Real Madrid” səfərdə II Liqa təmsilçisi “Albasete” ilə üz-üzə gəlib.
Gərgin keçən qarşılaşmada azarkeşlər 5 qola şahidlik ediblər. “Kral klubu” rəqibinə 2:3 hesabı ilə məğlub olaraq kubokda mübarizəni dayandırıb.
Qeyd edək ki, “Real Madrid”in üzvü Arda Güler qarşılaşmaya start heyətində çıxıb və bir məhsuldar ötürmə ilə yadda qalıb.
0
0