“Real” keçmiş futbolçusunu geri qaytaracaq
27.11.2025 - 23:34
“Real” keçmiş futbolçusunu geri qaytaracaq

“Komo”nun futbolçusu Niko Paz İspaniyaya qayıdacaq.

Apasport.az xəbər verir ki, “Real” argentinalı yarımmüdafiəçini yenidən transfer etməyi planlaşdırır.

Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

Məlumata görə, La Liqa təmsilçisinin 21 yaşlı oyunçunu 9 milyon avroya geri alma hüququ mövcuddur. “Kral klubu” məhz bu maddəni aktivləşdirərək Argentina millisinin üzvünü geri qaytaracaq.

Qeyd edək ki, Niko Paz bu mövsüm “Komo”nun heyətində A Seriyada keçirdiyi 12 matçda 5 qol və 4 qol ötürməsi ilə yadda qalıb.