“Real” İspaniya La Liqasının rəhbərliyinə rəsmi məktub göndərərək, yeni mövsümün 1-ci turundakı oyununun təxirə salınmasını xahiş edib.
Apasport.az xəbər verir ki, bu barədə “Cadena SER” məlumat yayıb.
Madridlilər 19 avqust tarixində keçirilməsi planlaşdırılan “Osasuna” ilə qarşılaşmanın oktyabrın 29-na dəyişdirilməsini istəyir. Klub artıq “Osasuna” və İspaniya Futbol Federasiyası ilə danışıqlar aparıb və bütün tərəflər oktyabr tarixini qəbul edib. Ancaq hələ də La Liqanın rəsmi təsdiqi gözlənilir.
“Real” hesab edir ki, futbolçulara üç həftə məcburi istirahət və üç həftəlik mövsümöncəsi hazırlıq düşərgəsi verilməlidir. Komandanın Klublararası dünya çempionatının yarımfinalına yüksəlməsi səbəbilə bu müddətə əməl olunması mümkün deyil. Bu isə oyunçuların fiziki yüklənməsinə səbəb olur və sağlamlığına risk yaradır.
- “Fənərbaxça”da İsmail Kartal dönəmi başa çatdı - RƏSMİ - YENİLƏNİB
- "Fənərbaxça"dan sonra “Qalatasaray” da açıqlama yaydı: “Sonda yenə yaxşılar qalib gələr”
- “Mançester Yunayted” Maykl Kerriklə bağlı qərar verdi
- “Barselona” Premyer Liqadan transferə hazırlaşır
- “Fənərbaxça”dan “Qalatasaray”a sərt ittihamlar – Derbidə qalmaqal