“Real Madrid”in braziliyalı futbolçusu Rodriqo karyerasını Fransada davam etdirə bilər.
Apasport.az xəbər verir ki, PSJ 24 yaşlı vingerlə yaxından maraqlanır.
Bu barədə İspaniyanın “AS” nəşri məlumat yayıb.
Mənbənin məlumatına görə, “kral klubu”nun yeni baş məşqçisi Xabi Alonso Rodriqonu gələcək planlarına daxil etmir. Bu səbəbdən Paris təmsilçisi oyunçu üçün yaxın günlərdə rəsmi təklif göndərməyi planlaşdırır.
Qeyd edək ki, Rodriqo 2019-cu ildən “Real Madrid”in formasını geyinir. O, bu müddət ərzində komandanın heyətində 270 rəsmi matçda meydana çıxaraq 68 qol və 51 məhsuldar ötürmə ilə yadda qalıb.
- “Fənərbaxça”nın baş məşqçi siyahısı genişlənir – Pioli, Konte və yerli namizədlər
- “Fənərbaxça”nı müvəqqəti olaraq Dirk Kuyt çalışdıracaq – RƏSMİ
- “Fənərbaxça”da daha bir qəza – Bu dəfə Aziz Yıldırım - VİDEO
- “Qızıl top”u qazana bilməyən Lamin Yamal: “Mənim də zamanım gələcək”
- İsmail Kartal avtomobil qəzasına düşüb