"Real"dan Vinisiusa yeni təklif - 30 milyon avro istəyir
04.08.2026 - 12:48
"Real"dan Vinisiusa yeni təklif - 30 milyon avro istəyir

Madrid "Real"ı hücumçusu Vinisius Juniorla müqaviləni uzatmaq üçün yeni təklif irəli sürüb.

Apasport.az xəbər verir ki, İspaniya klubu dünya çempionatından sonra braziliyalı futbolçunun nümayəndələri ilə əlaqə saxlayıb.

"Real" 25 yaşlı vingerə illik 22 milyon avro maaş nəzərdə tutulan sözləşmə təklif edib.

Vinisius isə qazancının 30 milyon avro qazanmaq istəyir. Onun hazırkı maaşının təxminən 17,5 milyon avro olduğu bildirilir. Futbolçu və agentləri yeni müqavilənin braziliyalının karyerasındakı ən yüksək məbləğli saziş olmasını istəyirlər.

Qeyd edək ki, Vinisius ötən mövsüm La Liqada 36 oyuna çıxıb, 16 qol vurub və 5 məhsuldar ötürmə edib.