“Real”ın futbolçusu zədələnib
06.02.2026 - 22:25
"Real Madrid"in heyətində ciddi itki yaşanıb.
Apasport.az xəbər verir ki, "kral klubu"nun heyətində Rodriqo sıradan çıxıb.
Bu barədə Madrid təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
25 yaşlı vingerin sağ ayağının arxa bud əzələsində (hamstring) tendinoz aşkarlanıb. Braziliya millisinin üzvünün nə vaxt yaşıl meydanlara qayıdacağı bəlli deyil.
Qeyd edək ki, Rodriqo bu mövsüm "Real"ın heyətində meydana çıxdığı 26 rəsmi matçda 3 qol və 6 assistlə yadda qalıb.
- “Real”ın yetirməsi A Seriyası klubunda - RƏSMİ
- Yamal Fransaya meydan oxudu - “Onların qorxmalı olduğu komanda bizik”
- De la Fuente: “Fransa da bizim qədər narahatdır”
- "Beşiktaş" Polşa klubuna uduzdu - Hazırlıq mərhələsində ilk məğlubiyyət
- Portuqaliyada yeni baş məşqçi - Jorje Jezuş milliyə təyin olundu
0
0