“Real”ın heyətində daha bir İTKİ
10.11.2025 - 23:57
“Real Madrid"in daha bir futbolçusu sıradan çıxıb.
Apasport.az xəbər verir ki, Federiko Valverde İspaniya La Liqasının XII turu çərçivəsində keçirilən “Rayo Valyekano” ilə oyunda (0:0) zədələnib.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Yarımmüdafiəçinin sağ ayaq əzələsində zədə aşkarlanıb.
27 yaşlı oyunçu bu səbəbdən Uruqvay millisinin düşərgəsinə qoşulmayacaq.
Xatırladaq ki, “kral klubu”nun qapıçısı Tibo Kurtua da daha əvvəl qasıq əzələsindəki zədə səbəbindən sıradan çıxmışdı.
- Hacıosmanoğlu “Qalatasaray” – “Samsunspor” oyunundakı epizod barədə: "Qəbul edirəm"
- TFF prezidentindən derbi açıqlaması: "Etiraz etməli olan tərəf "Fənərbaxça"dır"
- “Fənərbaxça” və “Samsunspor”un Avropa oyunlarını idarə edəcək hakimlər açıqlanıb
- Elçin Məsiyev UEFA Avropa Liqasının oyununa təyinat alıb
- Türkiyədə mərc qalmaqalı böyüyür: 22 hakim və 27 futbolçu PFDK-ya göndərilib
0
0