“Real”ın hücumçusu Fransa klubunda çıxış edəcək
22.12.2025 - 23:58
“Real Madrid”in hücumçusu Endrik mövsümün ikinci hissəsini Fransada keçirməyə yaxındır.
Apasport.az xəbər verir ki, “Lion” 19 yaşlı forvardı mövsümün sonunadək icarəyə götürməyə hazırlaşır.
Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
Mənbənin məlumatına görə, Liqa 1 təmsilçisi braziliyalı futbolçunun maaşının yarı hissəsini ödəyəcək. Müqavilədə Endrikin müntəzəm oyun praktikası qazanmasını təmin edən bənd də yer alacaq.
Qeyd edək ki, “Real” Braziliya millisinin üzvünü 2024-cü ilin yayında “Palmeyras”dan transfer edib.
0
0