“Real”ın sabiq yarımmüdafiəçisi Xames Rodriqes karyerası ilə bağlı qərar qəbul edib.
Apasport.az “Marca”ya istinadən xəbər verir ki, kolumbiyalı bu yay aktiv futbolçu karyerasını başa vurmaq niyyətindədir.
Oyunçu iyunda 35 yaşını qeyd edəcək. O, 2026-cı il dünya çempionatından sonra peşəkar karyerasını yekunlaşdıracaq. Futbolçu bu barədə isə hazırda oynadığı "Minnesota" rəsmilərini və məşqçilər korpusunu məlumatlandırıb. Onun ABŞ klubu ilə müqavilə müddəti 2026-cı il iyunun 30-na qədərdir.
Qeyd edək ki, Xames karyerası ərzində “Envihado”, “Banfild”, “Porto”, “Monako”, “Real”, “Bavariya”, “Everton”, “Əl-Rayyan”, “Olimpiakos”, “Sao Paolo”, “Rayo Valyekano”, “Leon” klublarında da çıxış edib.
- Yoxlama matçı: "Qalatasaray" 0:3-dən geri döndü
- İngiltərə Futbol Assosiasiyasından “Mançester Siti” açıqlaması: “Lazım gələrsə, tədbir görəcəyik”
- “Qalatasaray”da Lemina sevinci – Komanda ilə məşqlərə başladı
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”