“Real”ın ulduz futbolçusu millidə iştirak etməyəcək
07.10.2025 - 12:43
“Real”ın ulduz futbolçusu millidə iştirak etməyəcək

"Real Madrid"in yarımmüdafiəçisi Federiko Valverde Uruqvay millisinin yoldaşlıq görüşlərində iştirak etməyəcək.

Apasport.az xəbər verir ki, bu barədə ESPN məlumat yayıb. 

Mənbənin sözlərinə görə, futbolçunun qarşıdakı matçları buraxması onun səhhəti ilə bağlı deyil. Baş məşqçi Marselo Bielsa futbolçu ilə söhbət zamanı bu cür qərar verib. 

Uruqvay millisi oktyabrda iki yoldaşlıq oyunu keçirəcək. Marselo Bielsanın yetirmələri Dominikan Respublikası və Özbəkistan yığmaları ilə qarşılaşacaq.

Qeyd edək ki, Valverde Uruqvay yığmasında 71 oyun keçirib və 8 qol vurub.