"Real"da əsas heyətdə yerini itirən Rodriqo karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.
Apasport.az xəbər verir ki, "Tottenhem" braziliyalı vingeri transfer etmək istəyir. Bu barədə "Mundo Deportivo" nəşri məlumat yayıb.
London klubu Rodriqo üçün La Liqa nəhənginə 80 milyon avro ödəməyə hazırdır. Keçidin gələn ilin yayında reallaşmaq ehtinalı yüksək qiymətləndirilir.
Qeyd edək ki, "Real" Rodriqonu 2019-cu ilin iyul ayında "Santos"dan 45 milyon avroya transfer edib. Braziliya millisinin üzvü bu mövsüm Madrid təmsilçisinin heyətində meydana çıxdığı 16 rəsmi matçda 3 qol ötürməsi ilə yadda qalıb. Onun klubla müqaviləsi 2028-ci ilin yayına kimi nəzərdə tutulub.